2020-ci ilin 11-12 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilmiş “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub. Qeyd olunan konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.
Ölkəmizin ali təhsil və elmi ictimaiyyətinin böyük marağına səbəb olan elmi konfransa respublikamızın 22 ali təhsil müəssisəsini, AMEA-nın 8 sahə elmi-tədqiqat institutunu və digər 6 təşkilatı təmsil edən 270 nəfər müəllifdən ümumilikdə 230 məqalə və tezis təqdim olunub.
Online formatda baş tutan konfransın plenar iclasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, MDU-nun rektoru Şahin Bayramov, “Azərbaycan İstilik Elektrik Stansiyası (İES)” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təhmasib Hüseynov məruzələrlə çıxış etmişlər.
Konfrans çərçivəsində müvafiq mövzulara dair müasir nəzəri yanaşmalar və praktiki təcrübələr ətrafında geniş elmi diskussiyalar aparılıb.
Qeyd edək ki, MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və həyata keçirilən tədqiqatların nəticələrinin təqdim olunmasına xidmət edən elmi konfrans və seminarların keçirilməsi diqqət mərkəzində saxlanılır.
Respublika elmi konfransının materialları ilə aşağıdakı internet linki vasitəsilə tanış olmaq olar:
Şərhlər bağlıdır.