Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyası uğurla davam edir. “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan günündə ümumilikdə 34 qrup üzrə 573 tələbənin iştirakı nəzərdə tutulub.
Məsafədən təhsil alətlərinin və informasiya-kommunikaya vasitələrinin tətbiqi ilə keçirilən imtahanlar akademik heyət və tələbələrin yüksək aktivliyi şəraitində keçir. Faktiki olaraq, imtahan prosesindən kənarda qalan tələbə yoxdur. Müəllim və tələbələrin evdən qoşulduqları imtahanların təşkilində MDU-nun gənc əməkdaşları və könüllü tələbələri xüsusi fəallıq göstərirlər.
Çoxsaylı güzəştlərlə müşayət olunan imtahan sessiyasının ikinci günündə də bütün tələbələr yalnız müvəffəq qiymətlər alıblar.
MDU-nun üçüncü kurs tələbəsi Xəyal Xəlilov ilk dəfə qatıldığı məsafədən dərslər və online imtahanlardan məmnunluğunu ifadə edib.
Şərhlər bağlıdır.