Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi” mövzusunda mühazirə keçirilib

161

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi“ mövzusunda mühazirə keçirilib.

MDU-nun Heydər Əliyev Mərkəzində tələbə və magistrantların iştirakı ilə keçirilən mühazirədə universitetin Humanitar fənlər kafedrasının müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib.

Məruzədə  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, məqsədyönlü və uğurlu siyasəti sayəsində ölkəmizin dayanıqlı və hərtərəfli inkişafından, beynəlxalq nüfuzunun güclənməsindən və otuz illik işğala son qoyan tarixi Zəfərin qazanılmasından bəhs edilib.

Mühazirə tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

Şərhlər bağlıdır.