AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində Dünya Elm Gününə həsr olunan seminar keçirilib

10 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına və 10 noyabr – Sülh və İnkişaf Naminə Dünya Elm Gününə həsr olunmuş “Elm və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov UNESCO tərəfindən təsis edilən və artıq 20 ildir ki, beynəlxalq səviyyədə qeyd edilən Dünya Elm Günü münasibətilə iştirakçıları təbrik edib. Hər bir cəmiyyətin davamlı inkişafında elmin rolundan bəhs edən V.Əyyubov ölkəmizdə gənclərin elmi fəaliyyətə təşviq edilməsinə hədəflənən müvafiq dövlət proqramlarından danışıb, MDU-da elmi potensialın gücləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb və seminarın işinə uğurlar arzulayıb.

MDU-nun  Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq etdiyi seminarda, ilk məruzəçi olaraq, “Gənclərin elmi fəaliyyətə təşviq edilməsi Azərbaycan üçün prioritet məsələdir” mövzusunda çıxış edib.

Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Ceyran Vəliyevanın “Nizami Gəncəvinin əsərlərində elmi biliklərin obrazlı təsviri”, Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədovun “COVID-19 pandemiyasının turizm sektoruna təsirinin ilkin nəticələri” və Energetika kafedrasının müəllimi Səadət Şıxəliyevanın “Elektrik veriliş xətləri dayaqlarının müqayisəli keyfiyyət analizi” mövzularında məruzələri dinlənilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da gənclərin elmi potensialının üzə çıxarılması və tədqiqat bacarıqlarının inkşaf etdirilməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə onların universitetdə keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker