Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ali təhsil ocağında Beynəlxalq Qadınlar Günü qeyd edilib

2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Dahilər anası – Qadın” adlı tədbir keçirilib. Tədbirdə MDU-nun akademik və inzibati heyətinin qadın üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında giriş sözü ilə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova MDU-nun rektoru Şahin Bayramovun universitetin qadın əməkdaşları və tələbələrinə bayram təbrikini çatdırıb.

Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafındakı fəal rolundan bəhs edən E.Cəfərova ölkəmizdə qadınlara böyük hörmət və ehtiram göstərildiyini, dövlət tərəfindən onların daim yüksək qiymətləndirildiyini və uğurlu qadın siyasətinin həyata keçirildiyini qeyd edib.

Məhz vətənpərvər övladların sayəsində doğma torpaqlarımızın işğaldan azad edildiyini, ölkəmizin tərəqqisi və firavan gələcəyi yolunda mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan E.Cəfərova Vətənə, xalqa və dövlətə bağlı mərd, qəhrəman və bilikli nəsil yetişdirən analarla fəxr etdiyini bildirib və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən universitetin qadın kollektiv üzvləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Sonra, ədəbi-bədii hissə ilə davam edən tədbirdə universitetin tələbə gənclərinin təqdimatında mahnılar və şeirlər səsləndirilib, rəqslər ifa edilib.

Qeyd edək ki, MDU-da tələbələrin 50 faizindən çoxunu, əməkdaşların 70 faizə qədərini təşkil edən qadınlar universitet idarəçiliyinin bütün həlqələrində fəal təmsil olunurlar.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.