AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransın “Təbiət və texnika elmləri” bölməsinin iclası keçirilib

10 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Təbiət və texnika elmləri” bölməsinin iclası keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış edən bölmə rəhbəri, MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov konfransın “Təbiət və texnika elmləri” bölməsinə 87 yerli, 12 xarici olmaqla ümumilikdə 99 teziz və məqalə daxil olduğunu bildirib.

Bölmə iclasında təqdim ediləcək mövzular və məruzəçilər barədə məlumatlar verildikdən sonra çıxışlara başlanılıb.

MDU-dan Mahir İsmayılov “İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası məsələləri”, Kəmalə Eyyubova “İstilik elektrik stansiyalarında yüksək təzyiqlərdə temperatur rejimləri”, Mehman Rəsulov “Evklid alqoritmi ilə minimal çoxhədlinin tapılması”, Vüqar Mustafayev “Fırlanma kinematik cütlərindən ibarət IV sinif struktur qrupunda vəziyyətlərin təyini”, Qazi Universitetindən qonaq professor Cemal Yılmaz “Günəş elektrik stansiyalarında parametrlərin monitorinqi vasitəsilə xətaların təhlili”, Moskva Dövlət İnşaat Universitetindən Vyaçeslav Musayev “Zərbəli, partlayış və seysmik təsirlər altında mürəkkəb texniki sistemlərin təhlükəsizliyinin riyazi modelləşdirilməsi”, Azərbaycan Texniki Universitetindən Çingiz Məmmədov “Optik atıcı silahların istehsalında layihələndirmənin rolu”, Kiyev Milli İqtisadiyyat Universitetindən İradə Cəlladova “COVID-19 pandemiyasının nəticələrinin dəyərləndirilməsi zamanı Qeyri-səlis məntiqin tətbiqi imkanları”, Belarusun Qomel Dövlət Texniki Universitetindən Viktor Brel “Maşınqayırmada tətbiq olunan xətti elektrik mühərrikləri”, Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universitetindən Natalya Prokopenko “Ukraynada tullantıların təkrar emalı problemi” və Azərbaycan Dövlət Aqrar Universitetindən Elnarə Aslanova “Torpaq münbitliyinin bərpası yolları” mövzularında məruzə ediblər.

İclas iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib, 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən, ümumilikdə, 462 tezis və məqalə daxil olub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker