AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində “Atəşgah” Sığorta Şirkətinin əməkdaşları ilə görüş keçirilib

11 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Atəşgah” Sığorta Şirkətinin əməkdaşları universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları ilə görüşüblər. Görüşdə “Atəşgah” Sığorta Şirkətinin Mingəçevir şöbəsinin sığorta məsləhətçisi Nurlan Xəlilov, Gəncə filialının müdiri Zaur Qurbanov və müdir müavini Orxan Qurbanov, mütəxəssislər Aytən Mirzəyeva və Aysel Mahmudova iştirak ediblər.

Görüş zamanı MDU ilə “Atəşgah” Sığorta Şirkəti arasında əməkdaşlıqdan başlıca gözləntilər, sığorta və maliyyə sahəsində karyera quracaq tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki bilik və bacarıqlarının artırılması imkanları, məqsədyönlü təlim-təcrübə proqramları və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə birgə reallaşdırıla bilən fəaliyyətlər müzakirə edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan cari ilin oktyabr ayında MDU və “Atəşgah” Sığorta Şirkəti arasında yaradılan əməkdaşlıq əlaqələrinə xüsusi önəm verilir. Əməkdaşlıq çərçivəsində hazırda universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün sığorta şirkətində ofis şəraitində iki həftəlik təlim-təcrübə proqramı icra olunmaqdadır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker