Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti kollektivi Qarğıdalı Emalı Müəssisəsinə ekskursiya edib

162

2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Oğuzda “Azmade Group” MMC-nin nəzdində fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsində (CPC MMC) ekskursiyada olublar.

Ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

Ekskursiya zamanı, əvvəlcə, CPC MMC-nin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən CPC MMC-nin İnsan resursları və inzibati şöbəsinin müdiri Nofəl Çərkəzzadə universitetin ekskursiya təşəbbüsünü, tələbələrin istehsalat prosesini yaxından izləməyə cəlb edilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.

Müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verən N.Çərkəzzadə istehsal edilən məhsulların çeşidləri, istehsalat prosesi, qurulan əməkdaşlıqlar, məhsul satışı, müştərilərlə münasibətlərin idarəedilməsi və digər məsələlər barədə danışıb. Hazırda müəssisədə MDU məzunlarının da fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əlaqələrinin vacibliyini bildirib və bu istiqamətdə əməkdaşlığa daim olduqlarını diqqətə çatdırıb.

Səmimi qarşılanmaya, yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirən MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva əmək bazarının müasir tələblərinə uyğun mühəndis kadrların hazırlanmasında bu cür ekskursiyaların önəmindən bəhs edib və davamlı olmasını arzulayıb.

Son dövrdə MDU-nun modernləşməsi istiqamətində görülən işlərdən danışan Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova “GEOCLIC” layihəsi çərçivəsində həyata keçirilən müxtəlif formatlı tədbirlərin, eləcə də ekskursiyaların, regionda yerləşən müəssisələrlə qurulan əməkdaşlıq əlaqələrinin universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində geniş imkanlar yaratdığını qeyd edib.

Sonra, ekskursiya çərçivəsində MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova tərəfindən “Sənaye və məişət tullantılarının təkrar emalı və zərərsizləşdirilməsi sahəsində ölkəmizdə və dünyada görülən işlər” mövzusunda seminar keçirilib və müəssisə əməkdaşlarının da iştirakı ilə geniş müzakirələr aparılıb.

Daha sonra, CPC MMC-nin əməkdaşlarının bələdçiliyi ilə MDU-nun ekskursiya heyəti müəssisənin istehsalat bölmələri və laboratoriyası ilə tanış olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

Şərhlər bağlıdır.