Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dezinfeksiya Stansiyası hərəkətə başladı

Mingəçevir Dezinfeksiya Stansiyası  Şəhər İcra Hakimiyyəti, Mingəçevir Gigiyena  və Epidemiologiya Mərkəzi (GEM)  və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Regional bölməsinin əməkdaşları ilə birgə yolxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə dezinfeksiya işlərinə başlayıb. GEM –in direktoru Validə Məmmədovanın sözlərinə görə, Mingəçevir  şəhər Dezinfeksiya Stansiyasının bölmələri müqavilə əsasında mart ayının 2-dən  təhsil müəssisələrində  dezinfeksiya işləri həyata keçirir: “Bu gün də bu işlərin davamı olaraq digər uşaq müəssisələrində dərmanlama işləri aparılıb”.

Validə Məmmədova onu da vurğulayıb ki, şəhərdə Nəqliyyat Depertamenti, şadlıq sarayları və və digər müəssisələrin rəhbərləri ilə danışıqlar aparılıb: “Yaxın günlərdə  bu obyektlərdə də müqavilə əsasında dezinfeksiya işləri nəzərdə tutulub.”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bu il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

 

Şərhlər bağlıdır.