Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

44 günlük Vətən müharibəsində Mingəçevirin 54 şəhidi, yüzlərlə qazisi olub

69

Noyabrın 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Foyedə məktəblilərin əl işlərindən ibarət sərgi və kitab təqdimatı nümayiş olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında 44 günlük Vətən müharibəsinin xalqın birliyi, dövlətin gücü və ordumuzun qəhrəmanlığı sayəsində qazanıldığını bildirib.
O qeyd edib ki, bu gün şəhid ailələri və qazilərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, mənzil və sosial dəstək proqramları davam etdirilir.

İcra başçısı həmçinin vurğulayıb ki, Mingəçevirin 54 şəhidi və 100-dən çox qazisi Zəfər tariximizin formalaşmasında böyük paya sahibdir.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid ailələri və müharibə iştirakçıları çıxış ediblər. Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin “Zəfər” kompozisiyası nümayiş olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.