Mingəçevirdə yol infrastrukturu yenilənir
Şəhər ərazisindəki yolların təmiri və əsaslı bərpası üçün 1,5 milyon manatdan çox vəsait ayrılıb
Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturu müasirləşdiriləcək. Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazidəki yolların cari və əsaslı təmiri üçün tender elan edib. Müsabiqənin təxmini dəyəri 1.509.918,56 AZN təşkil edir.
Vəsait şəhərin küçə və prospektlərində aşınmış asfalt örtüklərinin bərpasına və zəruri yerlərdə yolların tamamilə yenidən qurulmasına sərf olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.