Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi

Anasını döyən şəxsin həyat yoldaşını bıçaqlayan kişi 6 il həbs cəzası aldı

43

Mingəçevirdə ailələr arasında yaranmış mübahisə ağır cinayətlə nəticələnib. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Məlumata görə, Rusiyada çalışan 41 yaşlı Şakir Aslanov (ad şərtidir) hər ay anasına pul göndərib. Anasının yaxın tanışı isə ondan borc alaraq geri qaytarmayıb. Daha sonra qadın borcunu tələb etdikdə tərəflər arasında gərginlik yaranıb.

Bir müddət sonra həmin qadın həyat yoldaşı ilə birlikdə borcu xatırladan qadını döyüb. Xaricdən qayıdan Ş.As­lanov bu barədə xəbər tutsada, anasının təkidilə məsələni böyütməyib. Lakin təsadüfən həmin şəxslərlə rastlaşanda tərəflər arasında mübahisə düşüb. Söz davası zamanı Ş.As­lanov əlindəki bıçaqla qadının həyat yoldaşına xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı cinayət işi açılıb. Məhkəmənin hökmü ilə Şakir Aslanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.