Mingəçevirdə qadın sirkə turşusundan zəhərləndi
Ehtiyatsızlıq nəticəsində baş verən hadisə xəstəxanada nəzarət altına alınıb
Mingəçevir şəhərində zəhərlənmə hadisəsi qeydə alınıb. Hadisə Çimərlik yolu ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Məlumata görə, uzun müddətdir nevroloji xəstəlikdən əziyyət çəkən, 1958-ci il təvəllüdlü Məleykə Rzayeva ehtiyatsızlıq nəticəsində sirkə turşusu qəbul edib. Nəticədə o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hazırda qadının vəziyyəti həkimlərin nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.