Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib
Tədbirdə tanınmış sənət adamları iştirak edib, səhnə kompozisiyası təqdim olunub
Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib.
Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri, qonaqlar və oxucular iştirak ediblər. Qonaqlar çıxışlarında müəllifin yaradıcılığından, onun ədəbi-bədii fəaliyyətindən və yeni kitabın mövzu baxımından fərqliliyindən danışıblar.
İmza mərasimində yazıçının əsərləri əsasında tanınmış kino və teatr rejissoru, Prezident mükafatçısı, Mingəçevir Modern Teatrının rəhbəri Cavid Təvəkkülün hazırladığı səhnə kompozisiyası nümayiş olunub. Bu bədii təqdimat tədbirə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yaradıcılıq gecəsi dialoqlarla, maraqlı çıxışlarla və səmimi atmosferi ilə yadda qalıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.