Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə növbəti səyyar görüş keçirilib

İcra başçısı İlham İsmayılov sakinlərin müraciətlərini dinləyib və problemlərin həlli üçün yerindəcə göstərişlər verib

31

Mingəçevir şəhər sakinləri ilə növbəti səyyar görüş keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mütəmadi təşkil olunan belə görüşlərdə iştirakçıları narahat edən məsələlərin həlli üçün yerindəcə göstərişlər verir. Bu gün görüş U.Hacıbəyli adına 11 illik musiqi məktəbində baş tutub.

Sakinlər açıq mikrofon vasitəsilə dam örtüyü, kanalizasiya xətləri, şəxsi problemlər və musiqi məktəbinin önünə U.Hacıbəyli büstünün qoyulması kimi məsələlər barədə müraciətlər ediblər. İcra başçısı isə bütün iradlara baxaraq aidiyyatı qurumlara tapşırıqlarını verib.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin aparat əməkdaşları, şəhər prokuroru Pərvin Quliyev, ŞPŞ-nin rəisi Ədalət Əliyev, bələdiyyə nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.