Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə mənzil bazarında qiymət artımı davam edir

Mənzil tapmaq çətindir: Təklif tələbi qarşılaya bilmir

283

Mingəçevirdə son iki ay yarım ərzində mənzillərin satış qiymətləri orta hesabla 10 min manat artıb. Qiymətlərin yüksəlməsi satışa çıxarılan mənzillərin azlığı ilə bağlıdır.

Əmlak üzrə mütəxəssis Saləddin Baxşəliyev bildirib ki, bu artım yaxın dövrlərdə də davam edə bilər:
“Mənzil almaq istəyənlər çox, satışa çıxarılan mənzillərin sayı isə azdır. Yeni müasir binaların inşasına ehtiyac var, lakin hələlik tikinti işləri genişlənmir, mövcud mənzillər isə satışa çıxarılmır”, – deyə o vurğulayıb.

Qiymətlər mənzilin tipinə, yerləşdiyi ünvana, mərtəbəyə və təmir səviyyəsinə görə dəyişir. Məsələn:

  • Yeni binalarda bir otaqlı mənzillər 65 min manata təklif olunur (əvvəl 55-60 min manat idi).

  • Köhnə tipli bir otaqlı mənzillərin qiyməti 50-55 min manata yüksəlib.

  • Yeni binalarda iki otaqlı mənzillər 80-100 min manat, köhnələrdə isə 80 min manat civarındadır.

  • Üç otaqlı mənzillərin satış qiyməti yeni binalarda 100-135 min, köhnələrdə isə 95 min manata çatıb.

Saləddin Baxşəliyev qeyd edib ki, bu qiymətlər region üçün kifayət qədər yüksəkdir.

Torpaq bazarında isə qiymətlər sabit qalıb. Şəhər mərkəzində 1 sotu 25-30 min manat, şəhər ətrafında 4-5 sotluq torpaq isə 35-45 min manata satılır. Mənzil kirayə haqqı isə hələ dəyişməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.