Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə məktəbdə yanğın həyəcanı

Elektrik kabelində qısaqapanma səbəbindən şagirdlər təxliyə edilib

70

Mingəçevirdə Energetiklər yaşayış massivində yerləşən 19 saylı orta məktəbdə yanğın təhlükəsi yaranıb. Hadisə məktəbin bufetindəki elektrik kabelində qısaqapanma nəticəsində baş verib.

Yanğın zamanı dərhal məktəb şagirdləri təhlükəsiz ərazilərə təxliyə olunub, hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.