Mingəçevirdə məktəb yolunda ana və övladlarını avtomobil vurdu
Yol qəzası zamanı xəsarət alan ailə xəstəxanaya yerləşdirilib
Mingəçevirdə ana və iki uşağı məktəbə gedərkən yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Hadisə Heydər Əliyev prospektində, şəhərin 6 saylı orta məktəbinin qarşısında baş verib. “Opel” markalı minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və onun övladları – 2013-cü il doğumlu Gülər Yusibovanı və 2014-cü ildə anadan olmuş Rüstəm Yusiblini vurub.
Məlumata görə, sürücü dərhal hər üç yaralını xəstəxanaya aparıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.