Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə istehsalatda faciə

Çörək zavodunun 49 yaşlı əməkdaşı iş zamanı qəfil dünyasını dəyişib

256

Mingəçevər şəhərində fəaliyyət göstərən çörək zavodunda çalışan bir işçi iş zamanı dünyasını dəyişib. Hadisə axşam saatlarında Samux küçəsində yerləşən istehsalat müəssisəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Rəhman Əhmədovun iş yerində qəfil halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. İlkin tibbi baxış zamanı ölümün ürək tutması nəticəsində baş verdiyi ehtimal olunur.

Baş verən hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.