Mingəçevirdə gənc qızın ölümü ilə bağlı araşdırma aparılır
Hadisə Günəşli Bağlar yaşayış massivində qeydə alınıb
Mingəçevirdə 19 yaşlı qızın meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə şəhərin Günəşli Bağlar adlanan ərazisində baş verib.
Mərhumun şəxsiyyəti müəyyənləşdirilib – bu, Ləman Məmmədli adlı Mingəçevir sakini olub. İlkin məlumatlara görə, hadisənin başvermə səbəbləri hələlik araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.