Mingəçevirdə faciəvi qəza: sürücü sükan arxasında həyatını itirdi
Gecə saatlarında “Ford” markalı mikroavtobus dayanmış avtomobilə çırpılıb, ilkin məlumata görə sürücü qəfil ürək tutmasından vəfat edib
Mingəçevir şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə gecə saatlarında şəhərin Cəmil Əliyev küçəsində baş verib. İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobus yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Salahov Elxan Balabəy oğlu həyatını itirib. Bildirilir ki, sürücünün sükan arxasında olarkən qəfil ürək tutması keçirdiyi, bu səbəbdən nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq dayanmış avtomobilə çırpıldığı ehtimal olunur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.