Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə faciə: Qarabağ kanalında 39 yaşlı kişi batdı

Hadisə yerində FHN dalğıcları axtarış aparır

26

Mingəçevirdə Yuxarı Qarabağ suvarma kanalında faciə baş verib. Şəhər sakini, 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. İlkin ehtimala görə, o, ehtiyatsızlıq nəticəsində suya düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Hazırda itkin düşən şəxsin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.