Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə faciə

Sirkə turşusu içən 80 yaşlı qadın vəfat etdi

45

Mingəçevirdə ehtiyatsızlıq nəticəsində baş verən faciə ölümlə nəticələnib.

Mərkəzi Aran bürosunun məlumatına görə, 1945-ci il təvəllüdlü Dilarə Orucova səhvən sirkə turşusu içərək zəhərlənib. Ailəsinin köməyi ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səylərinə baxmayaraq, Dilarə Orucova bu gün səhər saatlarında dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.