Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə dəm qazından zəhərlənmə

Bağlar yaşayış massivində bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirildi

356

Mingəçevirdə baş verən bədbəxt hadisə nəticəsində bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb.

Məlumata görə, ailə üzvləri yaşadıqları evin mətbəxində dəm qazının sızması səbəbindən zəhərləniblər. Zərərçəkənlər – 2010-cu il təvəllüdlü Dilbazi Yusifli Rəşad qızı, 2014-cü il təvəllüdlü Nəzrin Yusifli Rəşad qızı, 2015-ci il təvəllüdlü Emin Yusifli Rəşad oğlu və 1988-ci il təvəllüdlü Nübar Yusifova Aslan qızı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.