Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə azyaşlı piyada avtomobilin zərbəsinə tuş gəldi

13 yaşlı uşaq xəstəxanaya yerləşdirildi

38

Mingəçevirdə 13 yaşlı piyada yol qəzası nəticəsində xəsarət alıb.
Hadisə şəhərin “Energetiklər” yaşayış massivində qeydə alınıb.

İdarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olan İkram Yusifov 2012-ci il təvəllüdlü Yusif Rüstəmova çarpıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan yeniyetmə sürücü tərəfindən təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.