Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə avtovağzal rəhbərinin qəfil ölümü

Şəhər avtovağzalının icraçı direktoru Coşqun Rəhimov iş otağında həyatını itirib

38

Mingəçevirdə faciəvi hadisə baş verib. Şəhər avtovağzalının icraçı direktoru Coşqun Rəhimov iş otağında dünyasını dəyişib.

Hadisə Mingəçevir Avtovağzalında qeydə alınıb. Məlumata görə, Rəhimov istirahət otağında olarkən birdən-birə özünü pis hiss edib və bir müddət sonra həyat əlamətləri göstərməyib.

Əməkdaşları onun uzun müddət otaqdan çıxmadığını görüb narahat olublar. Qapı açıldıqda Coşqun Rəhimovun artıq vəfat etdiyi müəyyənləşdirilib.

İlkin ehtimallara görə, icraçı direktorun ölümünə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir Avtovağzalının sahibi mərhumun atası, Tofiq Rəhimovdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.