Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Anım Gününə həsr olunmuş tədbirlər keçirildi

Şəhidlərin xatirəsi şəhər miqyasında ehtiramla yad edildi

21

Sentyabrın 27-də Mingəçevirdə Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub. Səhər saatlarından etibarən şəhər sakinləri Şəhidlər Xiyabanındakı Xatirə Kompleksinə üz tutublar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edərək, onların ruhuna dualar oxuyublar və məzarların üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq şəhərin bütün küçə və prospektlərində saat 12:00-da bir dəqiqəlik sükut elan edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.