Mingəçevirdə 2025-ci ilin yanvar-sentyabr aylarında əmtəə bazarının əsas göstəriciləri
Pərakəndə ticarət dövriyyəsi
2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlak malları satışının 78,2 faizi və ya 330451,8 min manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,8 faizi və ya 92189,5 min manatı isə qeyri-ərzaq mallarının payına düşmüşdür. 2025-ci ilin yanvar-sentyabr aylarında əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 89077,4 min manatlıq əmtəə satılmış və digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 1395,1 min manat olmuşdur. Fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə satılmış malların məbləği 332168,8 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,6 faiz çox olmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 0,15 faizi dövlət və 99,85 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.


Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.