Mingəçevirdə 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri
Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.
2025-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1068,9 min manat təşkil etmişdir ki, onun da 116,2 min manatı və ya 10,9 faizi bitkiçilik, 952,7 min manatı və ya 89,1 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının istehsalı 33,0 faiz az olmuşdur.
Bitkiçilik. Şəhərdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan 33,8 ton (19,1 faiz az) tərəvəz, 32,0 ton (17,9 faiz az) kartof, 27,0 ton (15,4 faiz az) meyvə və giləmeyvə, 14,3 ton (4,7 faiz az) üzüm yığılmışdır.
Bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı
|
2025-ci il yanvar-sentyabr |
2024-cü il yanvar-sentyabr |
||||||
|
Yığılmış sahə, hektar |
Yığılmış sahə əkin sahəsinə %-lə |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq, sent/ha |
Yığılmış sahə, hektar |
Yığılmış məhsul, ton |
Məhsul-darlıq, sent/ha |
|
| Dənli və dənli paxlalı bitkilər- cəmi |
– |
– |
– |
– |
55,0 |
90,0 |
16,4 |
| o cümlədən: arpa |
– |
– |
– |
– |
55,0 |
90,0 |
16,4 |
| Dən üçün günəbaxan |
– |
– |
– |
– |
40,0 |
32,0 |
8,0 |
| Kartof |
3,5 |
100,0 |
32,0 |
91,4 |
4,3 |
39,0 |
90,7 |
| Tərəvəz |
8,4 |
98,8 |
33,8 |
40,2 |
10,5 |
41,8 |
39,8 |
| Meyvə və giləmeyvə |
74,4x) |
– |
27,0 |
– |
81,9x) |
31,9 |
– |
| Üzüm |
– |
– |
14,3 |
– |
– |
15,0 |
– |
x) əkin sahəsi
Heyvandarlıq. 2025-ci ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 29,5 ton ət, 720,9 ton süd, 91,0 min ədəd yumurta, 3,8 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 33,0 faiz, süd istehsalı 29,2 faiz, yumurta istehsalı 16,5 faiz, yun istehsalı isə 36,7 faiz azalmışdır.
2025-ci ilin oktyabrın 1-i vəziyyətinə şəhər üzrə 2397 baş qoyun və keçi, 1169 baş iribuynuzlu mal-qara, o cümlədən 581 baş inək və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində cəmi quşların sayı 2200 baş olmuşdur.



Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.