Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın eləcə də “Mərkəzi Aran iqtisadi rayonu”nun iri sənaye mərkəzlərindən biri olmaqla yanaşı, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin mövcud olduğu şəhərdir.

Kənd təsərrüfatı

2024-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 910,2 min manat təşkil etmişdir ki, onun da 118,7 min manatı və ya 13,0 faizi bitkiçilik, 791,5 min manatı və ya 87,0 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 15,9 faiz, heyvandarlıq məhsulları istehsalı isə 0,2 faiz az olmuşdur.

Bitkiçilik. Şəhərdə yaz-tarla işləri aparılır və 2024-cü ilin yanvar-iyun aylarında 101,0 hektar sahədə və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz az yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 4,3 hektar sahədə kartof, 10,7 hektar sahədə tərəvəz, 40,0 hektar sahədə dən üçün günəbaxan və 46,0 hektar sahədə çoxillik otlar əkilmişdir.

2024-cü il iyul ayının 1-nə kimi tarlalardan 90,0 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 25,6 faiz az dənli və dənli paxlalı bitkilər, 20,3 ton (3,0 faiz çox) tərəvəz, 39,0 ton (15,2 faiz az) kartof, 16,2 ton (11,0 faiz az) meyvə və giləmeyvə yığılmışdır.

Heyvandarlıq. 2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə diri çəkidə 26,5 ton ət, 643,6 ton süd, 88,0 min ədəd yumurta və 4,3 ton yun istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət 1,7 ton və ya 6,0 faiz, süd 42,8 ton və ya 6,2 faiz, yumurta istehsalı 5,0 min ədəd və ya 5,4 faiz, yun istehsalı isə 0,5 ton və ya 10,4 faiz az olmuşdur.

Cədvəl 1

Heyvandarlıq məhsullarının istehsalı

Məhsulun adı

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, –

Ət (diri çəkidə), ton

26,5

28,2

94,0

-1,7

Süd (fiziki çəkidə), ton

643,6

686,4

93,8

-42,8

Yumurta, min ədəd

88,0

93,0

94,6

-5,0

Yun (fiziki çəkidə), ton

4,3

4,8

89,6

-0,5

2024-cü ilin iyulun 1-i vəziyyətinə 1875 baş iribuynuzlu mal-qara (ondan 942 baş inək və camış) və 3795 baş qoyun və keçilər mövcud olmuşdur. 2023-cü ilin iyul ayının 1-i vəziyyəti ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 10,9 faiz (ondan inək və camışlar 9,2 faiz az), qoyun və keçilərin sayı isə 5,2 faiz az olmuşdur.

Cədvəl 2

Mal-qaranın sayı, 2024-cü ilin iyulun 1-i vəziyyətinə, baş

 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, –

İribuynuzlu mal-qara

1875

2105

89,1

-230

ondan:        
inək və camışlar

942

1038

90,8

-96

Qoyun və keçilər

3795

4005

94,8

-210

Şərhlər bağlıdır.