2023-cü ilin 14, 17 və 18 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Nur şəhəri-75” adlı silsilə görüşlər keçirilib. Tələbələrlə görüşə Mingəçevir şəhərinin qurucu ziyalılarından biri olan, şəhər Veteranlar Şurasının sədri, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Tahir Məmmədov dəvət edilib.
Görüşlərdə Mingəçevir şəhərinin salınması, keçdiyi tarixi inkişaf yolu, hazırda burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat verilib. Gənclərin yaşadıqları şəhərin tarixini bilmələrinin önəmli olduğunu vurğulayan T.Məmmədov universitetin bu təşəbbüsünü müsbət qiymətləndirib və təşkilatçılara təşəkkürünü bildirib.
Tələbələr tərəfindən maraqla qarşılanan görüşdə T.Məmmədov gənclərin suallarını cavablandırıb və onlara öz tövsiyələrini çatdırıb.
Qeyd edək ki, görüşlər “Mingəçevir şəhərinin 75 illik yubileyi ilə əlaqədar” tədbirlər planı çərçivəsində təşkil olunub.
Şərhlər bağlıdır.