Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərində inklüziv təhsilin inkişafı mövzusunda görüş keçirilib

Mingəçevir Dövlət Univeristetinin Pedaqogika və psixologiya kafedrası və Mingəçevir şəhər 6 N-li məktəbin birgə təşkilatçılığı ilə “İnklüziv təhsilin inkişafı: qeydlər və müzakirələr” adlı görüş uğurla baş tutub. Görüşdə Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil və 6 N-li məktəbin direktoru Qarayeva Xurşud iştirak edib.
Tədbirdə məktəbin inklüziv təhsilə cəlb edilmiş şagirdlərlə işləyən köməkçi müəllimlər də iştirak edərək təcrübələrini bölüşüblər. İştirakçılar arasında Babayeva Lalə Cəmşid qızı, Məhərrəmova Tünzalə Kazım qızı, Məhərrəmova İlahə Asif qızı, Məmmədova Şəbnəm Faiq qızı, Əliyeva Aliyə Qələndər qızı və Həmidova Məkan Sahib qızı da yer alıb.
Görüşdə inklüziv təhsilin ölkəmizdəki inkişafı, bu sahədə qarşılaşılan çətinliklər və hədəflər müzakirə edilib. Tədbir iştirakçıları inklüziv təhsilin keyfiyyətini artırmaq və şagirdlərə daha əlverişli şərait yaratmaq məqsədilə gələcəkdə görüləcək işlər haqqında fikir mübadiləsi aparıblar.
Görüş bu sahədəki əməkdaşlığın davam etdirilməsi və təhsilin inklüzivliyi mövzusunda yeni layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüşün sonunda iştirakçılar bu sahədəki təcrübə və biliklərini artırmaq məqsədilə birgə əməkdaşlıq etməyə davam edəcəklərini bəyan ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.