“Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü günü kimi rəsmiləşdirib. Həmin tarixdən sonra hər il noyabr ayının 9-da ölkəmizin bütün bölgələrində Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd edilir. Mingəçevirin Bayraq Meydanında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri, Mingəçevir Dövlət Univesitetinin, Tibb Kollecinin, Turizm Kollecinin, ümumtəhsil məktəblərinin, səhiyyə, mədəniyyət, idman müəssisələrinin, idarə və müəssisələrin təmsilçiləri, Qarabağ müharibələri veteranları iştirak ediblər. Dövlət Bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil sektorunun tabeliyində olan Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnəklərinin şagirdləri kompozisiya təqdim ediblər, rəngarəng rəqslər ediblər. Azərbaycanın suverenliyinə, qələbəyə, bayrağa aid şeirlər söylənilib, səhnəciklər göstərilib. Hər bir Azərbaycan vətəndaşı üçün üçrəngli bayrağımızın qürur mənbəyi olduğu vurğulanıb. Məktəblilərin çıxışları alqışlarla qarşılanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.