Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Gəncə şəhərində ekskursiyada olublar.
Universitet heyəti Gəncədə Nizami Gəncəvi məqbərəsini, Vətən Müharibəsi zamanı erməni terroruna məruz qalmış əraziləri və digər tarixi yerləri ziyarət ediblər.
Ekskursiya çərçivəsində tələbələrə Tarix fənnindən “Gəncə xanlığı” mövzusunda mühazirə dərsi keçirilib. Fənn müəllimi Anar İsmayılov Gəncə xanlığının yaranması, möhkəmlənməsi və inkişafı tarixindən bəhs edib, xanlıq dövründən günümüzə qədər gəlib çatan tarixi abidələr barədə məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Ekskursiya və mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq ekskursiyaların təşkilinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.