Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının Universitet – Sənaye əməkdaşlığı çərçivəsində “Sənaye mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisaslarının bir qrup tələbəsi “Azərbaycan İES” MMC-yə ekskursiya ediblər.
Ekskursiyanın məqsədi tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmək və enerji sektorunun iş prinsipləri ilə yaxından tanış olmaq olub. Tələbələr, stansiyanın Təhlükəsizlik Texnikası və Əməyin Mühafizəsi şöbəsinin rəisi Aqil Mahmudovun müşayiəti ilə stansiyanın idarəetmə şiti, Qazan-Turbin sexi, Su təmizləmə sexi və yeni tikilən stansiyaya baxış kerilib.
Ekskursiya zamanı tələbələrə stansiyanın iş sxemi və rejimi haqqında ətraflı məlumat verildi. Onlar enerji istehsalının mərhələləri, avadanlıqların iş prinsipləri və təhlükəsizlik tədbirləri ilə tanış olublar. Bu, onların gələcək mühəndis kimi peşəkar bacarıqlarının inkişafına mühüm töhfə verib. Qeyd edək ki, bu kimi ekskursiyalar, mükəmməl mühəndis kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Tələbələr, yaradılan şəraitə görə MDU rəhbərliyinə, “Azərbaycan İES” rəhbərliyinə və Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılova təşəkkürlərini bildiriblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.