Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində istehsalat təcrübəsinə start verildi

1. 112

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində istehsalat təcrübəsinə başlanılıb. Bu çərçivədə Pedaqogika və psixologiya kafedrasının müvafiq “İbtidai sinif müəllimliyi” ixtisas qrupu üzrə tələbələri praktiki bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində təcrübə keçirlər.

17 mart 2025-ci il tarixində tələbələr Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbində olublar. Burada onlar pedaqoji fəaliyyətin əsas prinsiplərini yerində müşahidə edib, dərs prosesində iştirak ediblər. Təcrübə müddətində tələbələr müəllimlərin rəhbərliyi altında dərs demək, şagirdlərlə ünsiyyət qurmaq və sinif idarəetməsi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər. MDU rəhbərliyi və fakültə müəllimləri istehsalat təcrübəsinin tələbələrin gələcək peşə fəaliyyətinə böyük töhfə verəcəyinə inanır və onların uğurlu nəticələr əldə etməsi üçün lazımi dəstəyi göstərir.

Şərhlər bağlıdır.