MDU-nun rektoru Beynəlxalq Universitetlər Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib
Mingəçevir Dövlət Universiteti ölkəmizin ali təhsili adına bir ilkə imza atdı. Universitetimizin rektoru çox hörmətli Şahin müəllim Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin üzvü seçilib. Bu münasibətlə, başda cənab rektorumuz olmaqala, universitetin bütün kollektiv üzvlərini təbrik edirik. Milli ali təhsilimizin dünya ali təhsilinə inteqrasiyası və beynəlxalq akademik səviyyədə fəal təmsil olunması işində rektorumuza uğurlar arzulayıram. Kollektiv üzvlərini yaranan bu yeni böyük imkanlardan maksimum faydalanacağına inanaraq gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik.
Şərhlər bağlıdır.