Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibidir
2022-ci ilin 23-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman oyunları çərçivəsində mini futbol üzrə oğlanlar arasında şəhər çempionatı keçirilib.
Dörd gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət komandalar mübarizə aparıb. MDU-nu təmsil edən mini futbol komandası yarışın qalibi olub.
Mayın 26-da qalib komanda üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərin idmana, sağlam həyat tərzinə olan marağını yüksək qiymətləndirib, qalib komandanın üzvlərini qələbə münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra qalib komandaların üzvlərinə diplom və kuboklar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Müstəqillik Gününə həsr olunan idman oyunları şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədilə keçirilib.
Şərhlər bağlıdır.