Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin komandaları – Beynəlxalq Robot Olimpiadası 2025 finalına vəsiqə qazandı!

Mingəçevir Dövlət Universiteti (MDU) komandaları, 2025-ci ildə keçiriləcək Beynəlxalq Robot Olimpiadası (IRO) müsabiqəsinin finalına vəsiqə qazanıb. Final mərhələsi 7 iyun 2025-ci ildə Xankəndində keçiriləcək. Universitetin müxtəlif komandalari, innovativ layihələrlə beynəlxalq səviyyədə uğurlar qazanmaq üzrə özlərini sübut ediblər.

Komandaların layihə növləri və üzvləri aşağıdakı kimidir:

1. SKYRIDERS RC Craft – Planer/Təyyarə (Mentor, Elvin Muradzadə, Muğumov Məhəmməd, Hüseynov Samir, Mustafazadə Kamil)

2. Alzerbaijan – Robo Soccer (Mentor, Fatma Əliyeva, Məmməd Rövşən, Mahmudov Nihad, Nahid Qarayev)

3. RoboStars – VRC Dron (Mentor, Nərmin Əhmədova, Anar Ramazanlı, Sənubər Feyzullayeva, Fatimə Əlizadə)

4. InfraRunners (Mentor, Validə Nuriyeva, Allahverdili Firdovsi, Mustafayeva Leyla, Hüseynov Rüstəm)

5. MDU-Horizon44-WRC Craft (Mentor, Elvin Muradzadə Rəsul Abbasov, Səid Sadıqov, Mayıl Rəhimzadə)

6. Compotition RC Craft – Planer/Təyyarə (Mentor, Əliyeva Məhsəti Novruzov Babək, Zərbəliyev Nihat, Abbasov Əkbər)

7. The Teachers – Robo Soccer (Senior) (Mentor Ceyhun Əlziadə, Məmmədli Sübhan, Məmmədov Ramal, Babaşov Xasay)

Komandalarımızın bu böyük uğuru, MDU-nun tədris və tədqiqat sahəsindəki güclü potensialını və tələbələrin yenilikçi yanaşmalarını nümayiş etdirir. Gələcəkdə bu uğurların daha da artması gözlənilir!  Komandalarımıza növbəti mərhələdə də uğurlar arzulayırıq!

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.