Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ucar rayonunda abituriyentlərlə görüşüb

12 mart 2025-ci il tarixdə Mingəçevir Dövlət Universiteti (MDU)  ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi  (MARTİ) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Mexanika kafedrasının müdiri, dosent mahir İsmayılov, riyaziyyat kafedrasının müdiri, r.f.d., Rövşən Babayev, Humanitar kafedrasının baş müəllimləri, f.f.d.. Günel Yunusova və f.f.d., Səadət Ağakişiyeva Ucar şəhəri 4 nömrəli orta məktəbin akt zalında abituriyentlərlə təbliğat və təşviqat işləri ilə bağlı görüş keçirmişdir. Görüşdə MARTİ Ucar rayonu təhsil sektorunun məsləhətçisi hörmətli İsa Əkbərov, 4 nömrəli orta məktəbin direktoru Hörmətli Elmira Soltanova iştirak etmişdir.

Görüşün əsas məqsədi abituriyentlərə universitetin təklif etdiyi təhsil imkanları və universitet həyatı barədə məlumat vermək olub. Tədbirdə universitetin tədris proqramları, elmi tədqiqat işləri və tələbə həyatı ilə bağlı ətraflı təqdimatlar edilib.

Dosent Mahir İsmayılov abituriyentlərə qarşıdakı dönəmdə uğur qazanıb daxil olduğu ali təhsil həyatında qarşılaşacaqları yeniliklər və bu dönəmdə qazandıqları biliklərin mükəmməlləşdirilməsi yolları haqqında məsləhətlər verərək, Mingəçevir Dövlət Universitetinin ölkənin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu  eyni zamanda Aran İqtisadi rayonunda yeganə ali təhsil məkanı olduğunu vurğulayıb. Dosent Rövşən Babayev isə universitetin peşəkar kadr hazırlığı sahəsindəki uğurları barədə danışıb, təhsil alanların müvəffəqiyyətli karyera qurmaq imkanlarından bəhs edib. f.f.d., Günel Yunusova və f.f.d., Səadət Ağakişiyeva Universitetin strukturları, Beynəlxalq əməkdaşlıqları, tələbəyönümlü işləri və qarşıdakı hədəfləri haqqında təqdimatla çıxış ediblər.

Görüşdə abituriyentləri maraqlandıran suallar cavablandırılıb, MDU haqqında daha geniş məlumat əldə ediblər. Tədbirin sonunda Mingəçevir Dövlət Universiteti ilə əlaqədar məlumat materialları təqdim olunub və abituriyentlərə gələcəkdə ali təhsil almaq üçün motivasiya verilib və xatirə şəkli çəkdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.