Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetindən beynəlxalq uğur

10 tələbə Türkiyə və Qazaxıstan universitetlərinə qəbul olunub, təyyarə biletləri təqdim edilib və onlara gələcək təhsil yolunda uğurlar arzulanıb

296

Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi Türkiyə və Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bununla bağlı 29 yanvar 2026-cı il tarixində universitetdə təqdimat mərasimi keçirilib, beynəlxalq mübadilə proqramı üzrə seçilən tələbələrə təyyarə biletləri təqdim olunub və onlara gələcək təhsillərində uğurlar arzulanıb.

Tədbir Milli Məclisin deputatı Ceyhun Məmmədovun və Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin iştirakı ilə “Zirvəyə doğru” Təqaüd, Beynəlxalq Təhsil və Elmi İnnovasiyalar Platforması çərçivəsində baş tutub.

Qeyd edək ki, MDU beynəlxalq mübadilə proqramları vasitəsilə tələbələrin xaricdə təhsil imkanlarının genişləndirilməsinə və qlobal akademik mühitə inteqrasiyasına xüsusi önəm verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.