Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Xarici dildə işgüzar və akademik komuunikasiya-1” fənnindən növbəti açıq dərs

01.11.2024-cü il tarixdə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində I kurs, 050402 Biznesin idarə edilməsi ixtisası Bİ24.2 saylı qrupda “Xarici dildə işgüzar və akademik komuunikasiya-1” fənnindən açıq dərs keçirilmişdir. Fənn müəllimi Xarici dillər kafedrasının əməkdaşı, gənc müəllim Sədəf Əjdərli. Açıq dərsdə Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov, Tədris şöbəsinin müdir müavini, dosent Səbuhi Qəhrəmanov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, baş müəllim Nazim Niftəliyev iştirak etmişlər.

Açıq dərs “There is” və “There are” ifadələrinin istifadəsi mövzusuna həsr olunmuşdur. Dərs fənn müəllimi Sədəf Əjdərli tərəfindən hazırlanmış slaydlar vasitəsilə təqdim olunub və “There is/There are” ifadələrinin təsdiq, inkar və sual cümlələrində quruluşu izah edilib. Açıq dərs “Təlim nəticələrinin” tələbələrə təqdim olunması ilə başlamışdır və daha sonra təqdimatda göstərilən tələbə otağının tələbələr tərəfindən təsvir olunması ilə davam edilmişdir.

Növbəti slaydda isə artıq istifadə olunan “There is” və “There are” ifadələrinin forma və strukturu geniş şəkildə izah edilib. Daha sonra, təsdiq, inkar və sual cümlələrinin necə qurulması izah edilərək nümunələr verilib:

  1. Təsdiq cümlələrinin qurulması üçün nümunələr: Məsələn, “There is a clock on the wall”, “There are three cats under the desk.”
  2. İnkar cümlələrinin qurulması: Məsələn, “There aren’t any pencils in the cup.”
  3. Sual cümlələri: “Is there a ball in the box?” və “Are there any balls in the box?”

Dərsin növbəti mərhələsi interaktiv məşğələlərə yönəlmişdir.

  1. Tələbələrə “there is/there are” ifadələrini təsdiq formunda cümlələrdə boş yerləri dolduraraq istifadə etmələri tapşırılıb.
  2. Cümlələri inkar formasına çevirmək üçün cümlələr verilib.
  3. Tələbələrə suallar verilib və cavab vermələri istənilib. Məsələn, “Is there a bed?”, “Are there any chairs?” kimi suallar üçün “there is” və “there are” ifadələrindən istifadə ediblər

Növbəti mərhələ dinləmə və oxu tapşırıqlara yönəldilib.

Tələbələrdə dinləmə qabiliyyətini möhkəmləndirmək məqsədi ilə “Aim High” kitabında təqdim olunan 1.27 səs dinlənməsinə qulaq asdıqdan sonra düzgün və səhv olan “there is” və “there are” ifadələri tapılıb və səhv fikirlər tələbələr tərəfindən düzəldilib.

Növbəti mərhələdə isə oxu materialına keçid edilib. Tələbələrə fərqli məktəblərdə siniflərin quruluşu ilə bağlı bir mətn oxutdurulub və müzakirə edilib. Məsələn, Müəllim tərəfindən Hindistanda kənd məktəbində sinfin açıq havada olduğunu göstərən bir misal verilib. Daha sonra, tələbələrin öz sinif otağını şəkildə göstərilən açıq havadakı sinif otağı ilə, “there is” və “there are” ifadələri işlətmək şərti ilə müqayisə etmələri istənilib.

Yazı yazma tapşırığı mərhələsində tələbələrə çütlüklərlə iş (pair work) formatında müxtəlif ərazilərdə (parkda, mətbəxdə, oturma otağında, çimərlikdə) olan müxtəlif şəkillər təqdim edilib və 5 dəqiqə müddətində şəkildəkiləri təsvir ediblət. Etdikləri səhvləri isə sıra ilə düzəldildi və aktiv iştirak edən tələbələr qiymətləndirildi.

Dərsin nəticəsi, dərs planına uyğun olaraq, tələbələr “There is” və “There are” ifadələrini müxtəlif kontekstlərdə istifadə etməyi öyrəniblər. Cümlə quruluşlarını tətbiq edərək praktik tapşırıqlar vasitəsilə dərs möhkəmləndirilib.

Açıq dərsin sonunda Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Rəhimov dərs prosesində gənc müəllim Sədəf Əjdərliyə və tələbələrin aktivliyindən razılıqla fikrini ifadə etmişdir. Tələbələrə təklif və tövsiyyələrini bildirdi.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tədris ilinin əvvəlindən planlaşdırılaraq hər ay bütün kafedralarda Açıq dərslər keçirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.