Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Uşaq şəxsiyyətinin formalaşmasında qrupların rolu” mövzusunda təlim keçirilib

11 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində Psixoloji xidmət mərkəzi ilə Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq şəxsiyyətinin formalaşmasında qrupların rolu” mövzusunda təlim keçirilib.
Təlimdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva moderatorluq edərək, uşaqların şəxsiyyətinin inkişafında sosial qrupların
və kiçik sosial qrup olaraq ailənin mühüm rolunu vurğulayıb. O, həmçinin
uşaqlara mənfi təsir göstərən sosial qruplar və onların şəxsiyyətin formalaşmasında yaratdığı təhlükələr barədə məlumat verib.
Təlimdə Sosial iş ixtisasının Sİ23 saylı qrup tələbələri Aytən Kərimova, Nemət Heybətzadə və Pərvanə Mirzəzadə iştirak edərək, “Uşaqlara mənfi göstərən sosial qruplar” və “Kiçik sosial qrup kimi ailənin uşaq şəxsiyyətinin formalaşmasında rolu” mövzularında
uşaqların inkişafına müsbət təsir göstərən sosial mühitin formalaşdırılması haqqında öz fikirlərini bölüşüblər.
Mingəçevir Dövlət Universiteti bu cür təlim və tədbirlər vasitəsilə tələbələrin sosial və psixoloji biliklərinin inkişafına töhfə verməyə davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.