Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində turizm ixtisası üzrə təhsilalan tələbələr üçün ustad dərs keçirilib

28 oktyabr 2024-cü il tarixdə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Qonaqpərvərlik sahəsinin idarə edilməsi” fənnindən fənni tədris edən İqtisadiyyat kafedrasının müəllimi Aysel Qocayevanın təşkilatçlığı ilə Turizm işinin təşkili ixtisası üzrə təhsil alan IV kurs, tələbələri Tİ21.1 və Tİ21.2 və Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan III kurs TB22 saylı qruplarında qeyri-ənənəvi dərs keçirilmişdir. Belə ki, dərsə MRT otellər şəbəkəsinin baş meneceri Firdovsi Həsənov dəvət edilmişdir. Dərsin mövzusu fənn proqramına uyğun olaraq “Otel biznesində qərarların qəbul olması” idi. Sual-cavab formatında keçən dərs prosesində şəbəkənin baş meneceri Firdovsi Həsənov müəllim və tələbələrin suallarını cavablandırdı, həmçinin öz təcrübələrini onlarla paylaşdı. Qonaq menecer gələcəyin turizm kadrlarına otel biznesdə verilən qərarların mövcud vəziyyətlərdən asılı olduğunu vurğuladı. Həmçinin bu qərarların yalnız otelin deyil, bütövlüdə region və ölkənin maraqlarına uyğun olduğunu qeyd etdi.

Tədris prosesində İqtisadiyyat kafedrasının müdir əvəzi b/m. Arif Tağıyev, Turizm işinin təşkili və Turizm bələdçiliyi ixtisaslarında dərs deyən əməkdaşlar, fakültə dekanının müavini b/m. Nazim Niftəliyev, müəllimlərdən Lalə Əhmədova, Aysel Qocayeva, Nərmin Əliyeva iştirak ediblər.

Qeyd edək ki, MRT otellər şəbəkəsinin baş meneceri Firdovsi Həsənov Sankt-Peterburq Dövlət Universitetinin Turizm ixtisasını bitirib. Mingəçevir Dövlət Universitetində tədris prosesində iştirak etmək, ustad dərslərin keçirilməsində mütəxəssis kadrlardan istifadə etmək, tələbələrə onların praktik düşüncələrini, fikirlərini, işə yanaşma metodlarını öyrənmək artıq ənənə halına düşüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.