Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Poliqon” düşərgəsində iştirak edən tələbələrlə görüş keçirilib

22 oktyabr 2024-cü il tarixdə Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən, Üzeyir Zeynalov “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən tələbələrlə görüş keçirib. Görüş zamanı Üzeyir Zeynalov tələbələrin düşərgədə göstərdikləri yüksək nizam-intizamı və fəallığı xüsusi qiymətləndirərək, onlara universitetin sosial və ictimai həyatındakı aktiv iştiraklarına görə təbrik edib.

Çıxışında Üzeyir Zeynalov bu cür tədbirlərin tələbələr üçün əhəmiyyətini vurğulayaraq, hərbi vətənpərvərlik ruhunun inkişafı və milli dəyərlərə daha dərindən bağlılıq üçün belə təlimlərin vacib olduğunu qeyd edib. Eyni zamanda, prorektor tələbələrin tədris prosesinə də diqqət yetirmələrinin önəmini xüsusi olaraq vurğulayıb.

Ü. Zeynalov akademik mühitin və təhsil standartlarının yüksəldilməsi üçün tələbələrin aktiv iştirakı və müsbət yanaşmasının zəruriliyini bildirərək, tədris məsələlərində özlərini inkişaf etdirmək və akademik nailiyyətlərini artırmaq üçün tələbələrin səy göstərmələrinin vacib olduğunu xatırladıb. Həmçinin  universitetdə əldə etdikləri biliklərin gələcək karyera seçimlərində, şəxsi və peşəkar inkişaflarında mühüm rol oynayacağını bildirib.

Tələbələr də öz növbələrində düşərgə müddətində onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib. Onlar, düşərgənin praktiki bilik və bacarıqlar qazanmalarına yardımçı olduğunu qeyd ediblər.

Görüşün sonunda tələbələrə rəsmi olaraq təşəkkürnamələr təqdim olunub.  Üzeyir Zeynalov tələbələrin gələcək tədris və ictimai həyatlarında daha böyük uğurlar əldə etmələri üçün universitet rəhbərliyi tərəfindən davamlı dəstəyin göstəriləcəyini vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.