Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “O olmasın bu olsun” tamaşası səhnələşdirilib

14 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən CreArt klubu və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin (TİTTŞ) birgə təşkilatçılığı ilə görkəmli bəstəkar və dramaturq Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “O olmasın bu olsun” tamaşası səhnələşdirilib.

Tamaşa tələbələr tərəfindən böyük həvəslə səhnələşdirilib və auditoriya tərəfindən maraqla qarşılanıb. Əsərin komik elementləri, eyni zamanda dövrün sosial problemlərinə toxunan məqamları tamaşaçılara orijinal təqdimatla çatdırılıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.