2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Azərbaycan gəncliyi və ölkəmizin strateji inkişaf hədəfləri”nə həsr edilən XIV elmi konfransı keçirilib. Konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Konfransı giriş sözü ilə açan fakültə dekanı Nüşabə Qədimli ölkəmizin inkişaf strategiyasında Azərbaycan gəncliyinin potensialının gücləndirilməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib və bu istiqamətdə hazırda müvafiq dövlət proqramlarının həyata keçirildiyini bildirib. Son dövrdə MDU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan bəhs edən N.Qədimli tələbələrin tədqiqat bacarıqlarının və peşəkarlıq səviyyəsinin artmasında elmi tədbirlərin önəmindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Kifayət Atakişiyeva “Qarabağda dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş”, Babək Mirzəliyev “Böyük qələbənin möhtəşəm yolları”, Aişə Paşayeva “Möhtəşəm zəfərlə, Yolumuz Qarabağadır!”, Fərid Şəfiyev “Şərqi Zəngəzur iqtisadi rayonu və onun turizm potensialı”, Sahib Əmirəliyev “Şuşanın infrastrukturunun bərpası istiqamətləri” və Dürdanə Məmmədova “İntelektual və savadlı gənclik Azərbaycanın ən dəyərli xəzinəsidir” mövzusunda çıxış ediblər.
Daha sonra fakültənin tələbələrindən Arzu Qasımova və Gülər Yolçuyeva “Gənc kadrların hazırlanmasında dövlətin maliyyə dəstəyi”, Kənan Mustafayev “İnnovasiyalı insan kapitalının inkişafında gəncliyin rolu”, Fidan Babayeva və Rövşən Əhmədov “Davamlı inkişafın idarə olunmasında elm və təhsilin rolu”, Qaragöz Qasımova “Azərbaycanın inkişaf strategiyası: Maliyyə bazarlarının rolu”, Kamran Əliyev “Keyfiyyətli təhsil və uğurlu karyera”, Tuqay Mikayılov və Fidan Məlikaslanova “Tükənən təbii sərvətlərdən səmərəli istifadə”, İlahə İsmayılova və Kamal Cəfərov “Dövlət qulluğunda etik dəyərlər və prinsiplər” mövzusunda məruzələrini təqdim ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi və tədqiqat bacarıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.