Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti açıq dərs

27 noyabr 2024-cü ildə Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında “Rəqəmsal iqtisadiyyat” (sahələr üzrə) fənnindən açıq dərs keçirilmişdir. Fənni tədris edən i.f.d., baş müəllim Yeganə Məmmədli İqtisadiyyat ixtisası üzrə təhsil alan IV kurs İ21 saylı qrupun tələbələrinə “Rəqəmsal iqtisadiyyata sektoral baxiş” və “Elektron ticarət” mövzular üzərindən məşğələnin təşkil edildiyini qeyd etdi. Yeganə Məmmədli bildirdi ki, “FinTek”lərin inkişaf tarixi, “FinTek”lərin üstünlükləri, “FinTek” market dəyərləndirməsi və perspektivlər, Ödəniş sistemləri, Yeni nəsil təhsil trendləri və infrastrukturunun formalaşması, Pandemiyanın təhsilin rəqəmsallaşmasına təsiri, “İnşurTek”, “ReqTek” – Tənzimləmə texnologiyaları, “AqroTek” haqqında geniş məlumat verdi. Bildirdi ki, müştərilərlə əlaqələrin idarə edilməsində tətbiq edilən çatbotlar, biznesdə investorların portfelini idarə edən robot-məsləhətçilər, sığorta sahəsində sürətli anderraytinq, əmlak, həyat və insan davranışlarının davamlı monitorinqini həyata keçirən avtomatlaşdırılmış texnoloji həllər, bundan başqa, ödənişlər, nağd pulun idarə edilməsi, kredit platformaları və bir çox digər sahələrdə tətbiq olunan texnoloji həllər həqiqətən də, səmərəliliyi artırmağa yardım edir.

Daha sonra Yeganə Məmmədli Elektron ticarət və onun növləri. Dünyada elektron ticarətin mövcud vəziyyəti. Dünya təcrübəsində elektron ticarət istifadəçilərinin xüsusiyyətləri. Azərbaycanda elektron ticarət bazarının mövcud vəziyyəti. Elektron ticarətdə vergitutma haqqında da tələbələrə geniş izahat verdi.

Sonra fənn müəllimi Yeganə Məmmədli tələbələrə mövzular üzərindən müxtəlif suallar ünvanladı. Tələbələr verilən sualları ətraflı cavablandırdılar. Öz növbəıərində tələbələr hazırladıqları slaydlar vasitəsilə öyrəndikləri mövzular haqqında dərsdə cavab verdilər və müəllim tərəfindən qiymətləndirildilər.

Qeyd edək ki, açıq dərsdə fakltə dekanı əvəzi, dosent Nüşabə Qədimli, Kafedra müdiri əvəzi b/m. Arif Tağıyev, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova, kafedranın müəllimi Aytən Nadirova iştirak etmişlər. Kafedrada açıq dərslər plan üzrə nəzərdə tutulan müddətdə həyata keçirilir.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.