Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində natiqlik təlimləri başa çatıb

2022-ci ilin 28 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Həyatda və karyerada nitqinlə fərqlən” adlı beş moduldan ibarət natiqlik təlimləri başa çatıb. Fevralın 21-dən başlanan təlimlərdə universitetin gənc akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana Nəsibli tərəfindən keçirilən təlimlər gənclərdə nitq mədəniyyətinin və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

Təlimlər “İşgüzar və akademik sferada nitqin sənin imicindir”, “Səhnədə nitq zamanı həyəcan və qorxunun dəf edilməsi”, “Danışma və dinləmə mədəniyyəti”, “Ünsiyyət zamanı nitq etiketlərindən istifadə”, “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”, “Nitqin effektivliyinə təsir edən səbəblər və nitq texnikasının komponentleri”, “Kommunikasiya prosesində imicin rolu”, Yazılı kommunikasiya zamanı orfaqrafiya qaydalarından düzgün istifadənin əhəmiyyəti”, “Yazılı nitqdə durğu işarələrinin məqama uyğun işlədilməsi”, “Mədəni nitqə verilən başlıca tələblər” və “Peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqları” mövzularını əhatə edib.

Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????

 

Şərhlər bağlıdır.