2022-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş mühazirə keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev ölkəmizdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi şəkildə mübarizə aparıldığını bildirib və gənclər arasında narkomaniya əleyhinə maarifləndirmənin önəmindən bəhs edib.
Sonra, MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Vüsalə Mustafayeva “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” və hüquqşünas Elvin Abbasov “Azərbaycan Respublikasının cinayət hüququnda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyət məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər və iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.